Cəlilabadda kişi arvadını öldürdü, özü də intihara cəhd etdi

Cəlilabadda kişi arvadını qətlə yetirib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Araşdırma aparılır.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Azərbaycan Silahlı Qüvvələri Türkiyəyə yola düşür –