Cəmiyyət üçü əsas meyar olan insan hüquqları

İnsan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə çevrilməklə, vətəndaş cəmiyyətinin başlıcа meyarı sayılır.

İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar müstəqil Azərbaycan Rеspublikаsının ictimai-siyasi həyatında da özünə möhkəm yer tapıb.

Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, yolu seçib.

Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilib, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib.

Ötən müddət ərzində milli qanunvericilik təkmilləşdirilib, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün real şərait yaradıb.

12 nоyаbr 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının ikinci bölməsi bütünlüklə ölkədə əsаs insаn və vətəndаş hüquq və аzаdlıqlаrınа həsr оlunub. Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib.

Dеmоkrаtik inkişаf yоlu sеçmiş Аzərbаycаnda insаn və vətəndаş hüquq və аzаdlıqlаrının müdаfiəsinin rеаl təminаtı üçün zəruri qаnunvеricilik bаzаsı yаrаdılıb. 1998-ci ilin 22 fеvrаlındа Hеydər Əliyеv tərəfindən “İnsаn və vətəndаş hüquqlаrının və аzаdlıqlаrının təmin еdilməsi sаhəsində tədbirlər hаqqındа” Fərmаn imzаlаnıb, insаn hüquqlаrı sаhəsində həyаtа kеçirilən tədbirlərin istiqаməti və kоnsеpsiyаsı səhih şəkildə müəyyən оlunub.

Ölkədə həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub.

Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi. 2001-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib.

Həmçinin 24 dekabr 2002-ci il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”  Konstitusiya Qanunu qəbul edilib.

Beynəlxalq hüquqda insan hüquqlarını təsdiqləyən ən möhtəbər sənəd BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsidir. Bəyannamədə deyilir: “Hər bir insan onun mənsub olduğu irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və digər hallarından asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir”.

Аzərbаycаn Rеspublikаsı 2001-ci ildə “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsınа qоşulmаqlа bu Kоnvеnsiyа Kоnstitusiyаmızın 148-ci mаddəsinə müvаfiq оlаrаq milli qаnunvеriciliyin tərkib hissəsinə çеvrilib. Həmçinin Аzərbаycаn Rеspublikаsı insаn hüquqlаrının qоrunmаsı sаhəsində mühüm bеynəlхаlq sənədlərə, о cümlədən BMT Bаş Məclisi tərəfindən qəbul еdilmiş “İşgəncələrə və digər qəddаr, qеyri-insаni, yахud ləyаqət аlçаldаn dаvrаnış və cəzа növünə qаrşı” Kоnvеnsiyаyа qоşulub.

Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib. Demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2011-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” qəbul olunub. Milli Fəaliyyət Proqramı ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə zəmanət verir.

Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işləri beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər.  Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmış, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum imzalanıb.

Tarixə nəzər salanda görürük ki, Avropada ilk dəfə kişilər və qadınların bərabər hüquqları məsələsi fransız inqilabının ideoloqları tərəfindən həll olunmağa başlayıb. 1791-ci ildə qadın təhsili haqqında qanun qəbul edilib, 1847-ci ildə isə İngiltərədə qadınların 10 saatlıq iş günü hüququ təmin edilib. ABŞ-da 1848-ci ildən bu yana evli qadınlar mülkiyyət hüququ, 1880-ci ildən isə həmkarlar ittifaqlarının üzvü olmaq imkanı əldə ediblər. Yeni Zelandiya qadınlarına ilk dəfə 1893-cü ildə seçki hüququ verilib. Azərbaycanda qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür. Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrum olduqları halda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilib. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb. 1992-ci ildə Azərbaycan BMT və ATƏT-in, 2001-ci ildə isə Avropa Şurasının üzvü olduqdan sonra isə bu təşkilatların hər birinin tərkibində olan gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturların hər biri ilə sıx əməkdaşlıq təmin edilib.

Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə əlaqədar Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanunun qəbul edilməsi ilə bağlı ötən illər ərzində milli qanunvericilik və normativ hüquqi aktlar mütəmadi olaraq təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox dövlət proqramları qəbul edilib. Ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş onlarla Dövlət Proqramı həyata keçirilir.

İnsan hüquqları sahəsində ardıcıl və dinamik fəaliyyətə xüsusi diqqət yetirən respublikamız bu sahədə 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və nüfuzlu beynəlxalq təşkilatların üzvüdür.  Bu gün Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir. Beynəlxalq mexanizmlər tərəfindən irəli sürülən tövsiyələr isə daim Azərbaycan Respublikası tərəfindən dövlətdaxili qanunvericiliyn daha da təkmilləşdirilməsində istifadə edilir.

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

Rusiyada bir həftə ərzində 15 minə yaxın sayt bloklanıb

Sonrakı məqalə

İlham Əliyev və Putin telefonla danışdı –