“Koreya hökuməti təəssüf edir ki, Rusiya və KXDR Pxenyan sammiti zamanı hərbi-texniki əməkdaşlığın mümkünlüyünü qeyd edib”.
Azpost.info xəbər verir ki, bunu Koreya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lim Su Sok deyib.
“Təəssüf edirik ki, Rusiya və Şimali Koreya beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini birbaşa pozacaq”, – o bildirib.
Eyni zamanda, XİN rəsmisi qeyd edib ki, Moskva və Seul Koreya yarımadasının problemləri ilə bağlı lazımi ünsiyyəti saxlayırlar.
Lim Su Sok əlavə edib ki, Koreya hökuməti hazırda sənədin məzmununu təhlil edir, daha sonra Seulun mövqeyi açıqlanacaq. O, Cənubi Koreya tərəfinin öz təhlükəsizliyinə təhdidlərə beynəlxalq ictimaiyyətlə birlikdə ciddi və qətiyyətli cavab verəcəyini deyib.
Azpost.info