“Çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək”- MSK sədri

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında bir sıra namizədlərin müraciətinə baxıb.

APA-nın məlumatına görə, iclasda namizədlərin əmlakları barədə düzgün məlumat göstərmədikləri üçün qeydə alınmadıqları bildirilib. Həmin müraciətlər MSK iclasında müzakirə edilərək namizədlərin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, əmlakı barədə düzgün məlumat göstərməyən namizədə kömək etmək mümkün deyil: “Əmlakla bağlı məsələ haqqında namizəd özü məlumat verməlidir. Biz istəsək də, əmlakla bağlı məsələni nəzərə ala bilmirik”.

M.Pənahov bildirib ki, bütün namizədlər əmlak və gəlirlərini açıqlamalıdır, bu, Seçki Məcəlləsinin tələbidir: “Digər düzəlməsi mümkün olan məsələlərlə bağlı MSK çalışır ki, onları namizədin xeyrinə həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ötən il Bakıda 90 cinayətkar qrup ifşa edilib

Sonrakı məqalə

“Elə namizədlər var deyir ki, “atamdan qalan əmlak yadımdan çıxıb”