Bu mövsüm “Turan Tovuz” avrokuboklarda olmayacaq.
Azpost.info bildirir ki, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) klubun müraciəti ilə bağlı qərarını açıqlayıb.
Bu barədə “Turan-Tovuz” klubu rəsmi açıqlamasında bəyan edib.
Qurum UEFA Appelyasiya Orqanının klubumuz haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb.
“15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazandığımız UEFA Konfrans Liqasının 2026/2027-cı illər mövsümündə iştirak etməyəcəyik”-deyə Bəyanatda vurğulanır.