Sel və daşqınlarla əlaqədar vətəndaşlara müraciət olundu

Respublika çaylarında müşahidə olunan gursululuq dövrü davam etməkdədir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib. O bildirib ki, son günlər ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində Böyük, Kiçik Qafqaz və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda sululuq artıb:

“Şəki rayonu ərazisindən axan Kiş çayda və Goranboy rayonu ərazisindən axan Goran çaydan sel keçib”.

“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraitinin iyunun 13-nə qədər davam etməsi ilə əlaqədar sel təhlükəsi olan Balakən, Şəki, Quba, Qusar, Qazax, Gəncə, Daşkəsən, Gədəbəy, Qarabağ və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda baş verə biləcək sel və daşqınla əlaqədar vətəndaşlara diqqətli olmağı və təhlükəsiz yerdə durmaları tövsiyə edilir”, – deyə o qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.