CBS:"ABŞ-ın dövlət borcu rekord həddə çatıb"

ABŞ-ın dövlət borcunun ümumi miqdarı rekord həddə – 24,5 trilyon ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

Teleşirkətin məlumatına görə, 2020-ci ilin əvvəlindən bu yana ölkənin dövlət borcu 1,5 trilyon ABŞ dolları artıb.

Qeyd olunur ki, buna koronavirus pandemiyası ilə mübarizə istiqamətində görülən tədbirlər səbəb olub.

Belə ki, martın sonunda ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhran şəraitində iqtisadi stimullaşdırma tədbirlərinə 2 trilyon ABŞ dollarından çox həcmdə vəsait ayrılması barədə fərman imzalayıb.

Aprelin 21-də ABŞ Konqresinin Senatı təqribən 500 milyard dollarlıq əlavə tədbirlər paketini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda indiyədək 1548 nəfər koronavirusa yoluxub

Sonrakı məqalə

Dünyada koronavirusdan ölənlərin sayı 185 mini keçib