“Çeçenistanda yol hərəkətini pozanlar müharibəyə göndəriləcək” –Kadırovdan qəribə açıqlama

Çeçenistanın başçısı Ramzan Kadırov yol hərəkəti qaydalarını pozanları Ukrayna ilə müharibəyə göndərəcəyini bildirib. 

Azpost.info bildirir ki, bu barədə Kadırov çıxışında deyib.

Kadırovun sözlərinə görə, respulikada qayda-qanunu pozanları inzibati məsuliyyətə cəlb etmək əvəzinə müharibəyə göndərmək istəyirlər.

“Qanuna hörmət etmirsən -onda ya maksimum cəza müddəti ilə barmaqlıq arxasına, ya da müqavilə imzalayıb cəbhəyə..İnzibati məsuliyyətə cəlb etmək əvəzinə bu qayda pozucularını Rusiya ordusu sıralarına xidmətə göndərmək daha məqsədəuyğundur. Biz indi 2500 nəfərlik yeni alay formalaşdırırıq. Onlara orada yer tapılar”.

Kadırovun sözlərinə görə, bu təşəbbüs mənəviyyatsız, harda əgəldi maşınını saxlayan, narkotik itifadə edən, yol hərəkətini pozan, opolislə münqaişə yaradan gənclərə təsir edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.