“Çelsi” və “Mançester Siti” qələbə qazanıb

İngiltərə Premyer Liqasında XXI turun növbəti matçları keçirilib.

AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

“Çelsi” doğma meydanda “Fulhem”lə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 45+4-cü dəqiqədə penaltidən Kole Palmer vurub.

Günün digər oyunda isə “Nyukasl” və “Mançester Siti” komandaları qarşılaşıb. Gərgin keçən görüş “şəhərlilər”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 26-cı dəqiqədə qonaqların heyətində Bernardo Silva açıb. Aleksandr İsak 35-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. 37-ci dəqiqədə isə Antoni Qordon “sağsağanlar”ı önə çıxarıb. Kevin De Brüyne 74-cü dəqiqədə ikinci qolu rəqibin qapısında keçirib. Qarşılaşmada qələbə qolunu 90+1-ci dəqiqədə Oskar Bobb vurub.

Bu nəticələrdən sonra bir oyun az keçirən “Mançester Siti 43 xalla 2-ci, “Çelsi” 31 xalla 8-ci, “Nyukasl” 29 xalla 10-cu və “Fulhem” 24 xalla 13-cü yerdə qərarlaşıb. Turnir cədvəlinə isə 45 xalla “Liverpul” rəhbərlik edir.

Əvvəlki məqalə

“Barselona”nın prezidenti məşhur çay trendində –

Sonrakı məqalə

ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir