“Çelsi”nin keçmiş futbolçusu Türkiyədəki zəlzələdə ölüb

Qana milli futbol komandasının yarımmüdafiəçisi və Türkiyənin “Hatayspor” klubunun futbolçusu 31 yaşlı Kristian Atsu Türkiyədəki zəlzələ bölgəsində dağıntılar altından ölü tapılıb.

Azpost.info xəbər verir ki, o, fevralın 6-da Türkiyədə zəlzələlər baş verəndən sonra itkin düşmüşdü.

“Kristian Atsu tapıldı. Təəssüf ki, o, dünyasını dəyişdi”, – futbolçunun agenti bildirib.

Kristian Atsu əvvəllər “Çelsi”, “Everton”, “Porto”, “Bornmut”, “Nyukasl” və bir sıra digər klublarda da çıxış edib.

Futbolçu Qana millisinin heyətində 60 oyun keçirib və 10 qol vurub. “Hatayspor”dan bildiriblər ki, Atsu vətənində dəfn olunacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.