Çempionlar Liqası:Bu gün “Qarabağ” “Ludaqorets”lə qarşılaşacaq

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Ludaqorets” komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti 20:00-da səslənəcək.

Matçı isveçrəli hakim Urs Şnider idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də səfərdə təşkil olunacaq.

Əvvəlki məqalə

Hazırlıq qruplarına 22 mindən çox uşaq qeydiyyatdan keçib

Sonrakı məqalə

28 May küçəsində hərəkət qismən məhdudlaşdırılacaq