Çempionlar Liqasında ilk dörddəbir finalçılar müəyyənləşib

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları baş tutub.

Keçirilən iki cavab görüşündən sonra ilk iki 1/4 finalçı müəyyənləşib.

İtaliyada “Latsio”ya 0:1 hesabı ilə uduzan “Bavariya” bunun əvəzini doğma Almaniyada çıxıb.

Münxen təmsilçisi Harri Keyn (38 və 66-cı dəqiqə) və Tomas Müllerin (45+2) qolları sayəsində 3:0 hesablı qələbə qazanıb.

Digər cütlükdə “PSJ” Fransada olduğu kimi (2:0), İspaniyada da “Real Sosyedad”ı məğlub edib – 2:1.

Parislilərin heyətində 15 və 56-cı dəqiqələrdə Kilian Mbappe fərqlənib. Qonaqlarda Mikel Merino 89-cu dəqiqədə təsəlli qolunun müəllifi olub.

Beləliklə, “Bavariya” və “PSJ” Çempionlar Liqasında dörddəbir finala adlayıblar.

Əvvəlki məqalə

Bayram tonqalına irad bildirdi, bıçaqlandı

Sonrakı məqalə

Lökbatanda 26 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb