Çexiya və Polşa Slovakiya ilə sərhəddə nəzarət tətbiq edəcək

Oktyabrın 3-dən Çexiya və Polşanın hakimiyyət orqanları Slovakiya ilə sərhəddə müvəqqəti nəzarət tətbiq edəcəklər.

Azpost.info xəbər verir ki, məqsəd qeyri-qanuni miqrasiya axınının və miqrant bələdçilərinin fəaliyyətinin qarşısını almaqdır.

Çexiyanın daxili işlər naziri Vit Rakuşanın sözlərinə görə, sərhədin bütün uzunluğunda yoxlamalar elə aparılacaq ki, transsərhəd nəqliyyatı mümkün qədər az məhdudlaşdırsın.

Nazir əlavə edib ki, Praqa Slovakiya ilə sərhədinə nəzarəti Polşa ilə razılaşdırıb: “Biz, əlbəttə ki, həm Slovakiya tərəfi, həm də Avstriya və Almaniya qonşularımızla əlaqə saxlayırıq”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.