Xarici İşlər naziri Ceyhun Bayramov fevralın 15-də ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi apararaq, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsini müzakirə ediblər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.