Ceyhun Bayramov bu gün ABŞ Dövlət katibi Pompeo ilə görüşəcək

23 Oktyabr 2020 - 09:54

Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

 ABŞ Dövlət Departamentinin saytı xəbər verir ki, görüş ABŞ vaxtilə səhər 09:30-da olacaq. Görüşdə Dövlət katibinin müavini Stiven Beqan da iştirak edəcək.

Daha sonra isə Pompeo Mantsakanyanla görüşəcək. (APA)