Ceyhun Bayramov İrana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana səfərə gedəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, C. Bayramov iyul ayının 4-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana səfər edəcək.

C Bayramov İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafı, eləcə də regionda və dünyada baş verən proseslər barədə müzakirələr aparacaq.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.