Ceyhun Bayramov Lavrova və Mirzoyana sərhədlə bağlı danışıqlara başlamağın vacibliyini xatırladıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 14-də Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyanla görüşdə rəsmi Bakının beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hazır olduğunu ifadə edib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir bu xüsusda Azərbaycanın Ermənistanla sərhədlərinin delimitasiyası prosesi üzrə danışıqlara başlanılmasının əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Həmçinin, regionda bütün nəqliyyat kommunikasiyaların açılması üzrə razılaşmaların yerinə yetirilməsinin vacibliyi qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan Azərbaycanın Türkiyədəki yeni səfirinin etimadnaməsini qəbul edib

Sonrakı məqalə

Hərbi qulluqçumuz şəhid oldu –