Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Bu barədə Pakistanın Xarici İşlər Nazirliyi xəbər verib.
Məlumata əsasən, telefon danışığı zamanı ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə edilib, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
Nazirlər Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana gözlənilən səfəri barədə də danışıblar.