“Azərbaycan-Ermənistan sərhədində gərginlik var”.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 30 il ərzində delimitasiya və demarkasiya reallaşmayıb, bunun da əsas səbəbi Azərbaycan torpaqlarının işğal altında olmasıdır.
“Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu məsələ normal və sivil qaydada həll olunmalı, delimitasiya prosesi həyata keçirməlidir. Azərbaycan bu istiqamətdə konstruktiv olub, amma Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarını, bəhanələrini görürük. Ermənistan öz seçimini etməlidir: qonşulara qarşı ərazi iddiaları, yoxsa konstruktiv əməkdaşlıq? Azərbaycan beynəlxalq hüquq prizmasından çıxış edir. Stabil və inkişafa yönəlmiş mühit üçün bu yanaşmanın alternativi yoxdur. Ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət edilməlidir”, – C. Bayramov qeyd edib.