Ceyhun Bayramov Sergey Lavrovla telefonla danışıb

17 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, Nazirlər, ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədəki cari vəziyyəti, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə edən tərəflər, üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı, müzakirələrin Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində davam etdirilməsi razılaşdırılıb.

***

Əvvəlki məqalə

Hikmət Hacıyev İran səfiri ilə görüşüb

Sonrakı məqalə

“Enerji mövzusunda Azərbaycana çoxlu müraciətlər daxil olur”-