Ceyhun Bayramov və Çavuşoğlu Ermənistanın təxribatını müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Türkiyə XİN rəhbəri “Twitter”də bildirib.

Nazirlər Ermənistanın sərhəddə törətdiyi son təxribatı müzakirə ediblər.

“Ermənistan artıq təxribatlara son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri razılıq çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, – Çavuşoğlu bildirib.

Əvvəlki məqalə

“Qarabağ” – “Nant” matçını albaniyalı hakimlər briqadası idarə edəcək

Sonrakı məqalə

“Rusların Türkiyədən Gürcüstana girişinə icazə verilmir”