Ceyhun Bayramov Zəngəzur dəhlizindən danışdı

“Üçtərəfli bəyanat Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olan və öz doğma evlərində yaşamaq hüququ kobud şəkildə pozulan bir milyona yaxın məcburi köçkünün fundamental hüquqlarının bərpasını təmin edib”.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəsmi mətbuata müsahibəsində 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatı şərh edərkən deyib.

“Bəyanatda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında məcburi köçkünlər və qaçqınların Qarabağa geri qayıtması məsələsi də öz əksini tapıb.

Bəyanatın digər önəmli müddəalarından biri məhz Prezident İlham Əliyevin təkidi ilə daxil edilən, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təsbit edən bənddir. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirilməsi istiqamətində atılan bu tarixi addım eyni zamanda bölgənin gələcək iqtisadi inkişafı baxımından önəmlidir. Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfinin həyata keçirilməsinə əngəllər yaratmağa çalışdığı bu müddəa əslində iqtisadi baxımdan bölgə dövlətlərinin maraqlarına cavab verir”, – deyə XİN başçısı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Arvadı tərəfindən zorakılığa məruz qalan 81 kişi Dövlət Komitəsinə müraciət edib

Sonrakı məqalə

Şəhid qızı general Hikmət Mirzəyevlə fotosunu paylaşdı