Çin bankları Rusiya şirkətlərindən dollar qəbulundan imtina edib. Bəziləri isə Rusiyanın kredit təşkilatları ilə müxbir əlaqələrini dayandırıb.
Azpost.info xəbər verir ki, bu barədə “İzvestiya”ya yerli bank bazarındakı mənbə bildirib.
Bu, ABŞ dekabrın 22-də Rusiyaya qarşı məhdudiyyətlərə əməl olunmasına nəzarəti gücləndirdikdən və xarici bankları məhdudlaşdırıcı tədbirləri pozduqlarına görə ikinci dərəcəli sanksiyalarla hədələdikdən sonra baş verib.
Çin banklarının dollarla ödəniş etməkdən imtina etməsini Rusiyanın Baş İşgüzar Şurasının üzvü Aleksey Poroşin də təsdiqləyib. Onun sözlərinə görə, yuanla əməliyyatlar hələ də sərbəstdir.
“Çin kredit təşkilatları məhdudiyyətlərə məruz qalmaqdan qorxurlar. Dollarla olan bütün ödənişlər ABŞ banklarındakı müxbir hesablar vasitəsilə həyata keçirilir və asanlıqla izlənilir. Ona görə də onlar bu cür əməliyyatları məhdudlaşdırmağa tələsirlər”, – işgüzar dairələrdən bir mənbə bildirib.
Azpost.info