Çin bu məsələdə istənilən ölkə ilə əməkdaşlığa hazırdır- Pekindən BƏYANAT

Çin hakimiyyəti dünyada nüvə silahına tam qadağa qoyulması naminə bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır.

Azpost.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.

“Çin nüvə silahlarını hərtərəfli qadağan etmək və tamamilə ləğv etmək üçün bütün tərəflərlə əməkdaşlığa hazırdır. Çin nüvə silahlarından azad bir dünya qurmaq məqsədinə nail olmaq üçün səylərini davam etdirəcək”, – o deyib.

Mao Nin xatırladıb ki, 1964-cü ildə Pekin nüvə silahından istifadə ilə bağlı heç bir halda ilk addımı atmayacağını bəyan edib: “Tarix sübut edib ki, nüvə silahından istifadə etməmək siyasəti ilk növbədə qarşılıqlı strateji etimadın möhkəmlənməsinə, nüvə silahsızlanması prosesinin təşviqinə, strateji risklərin effektiv şəkildə azaldılmasına, qlobal strateji tarazlığın və sabitliyin möhkəmləndirilməsinə töhfə verib”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.