Çin Birləşmiş Ştatlardan “vahid Çin” prinsipinə riayət etməyi və Konqres üzvlərinin Tayvana səfərlərini təşkil etməkdən imtina etməyi tələb edir.
Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin deyib.
“Konqresi ABŞ hökumətinin bir hissəsidir və Birləşmiş Ştatların “vahid Çin” siyasətinə əməl etməlidir. Əgər ABŞ konqresmenləri Tayvana səfər edərlərsə, “vahid Çin” prinsipini ciddi şəkildə pozmuş olacaqlar. Çin tələb edir ki, Birləşmiş Ştatlar “vahid Çin” prinsipinə əməl etsin və Konqres üzvlərinin Tayvana səfərlərinin təşkilindən çəkinsin”, – Venbin bildirib.
Azpost.info