“Çin hakimiyyəti NATO-nu blok mübarizəsinə və yeni böhranların yaranmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırır”.
Azpost.info xəbər verir ki, bunu Çinin BMTdəki daimi nümayəndəsi Çjan Çjun bildirib.
BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxışı zamanı çinli diplomat deyib ki, ölkənin təhlükəsizliyini digər dövlətlərin təhlükəsizlik səviyyəsini azaltmaqla artırmaq olmaz: “Bir ölkənin təhlükəsizliyi digər ölkələrin təhlükəsizliyi hesabına təmin edilməməlidir. Regional təhlükəsizlik isə hərbi blokların gücləndirilməsi və genişləndirilməsi ilə əldə edilə bilməz”.
Çin nümayəndəsi Şimali Atlantika Alyansı ölkələrini “soyuq müharibə” zehniyyətindən əl çəkməyə çağırıb. Onun sözlərinə görə, bu cür ritorika istər-istəməz yeni böhranların formalaşmasına gətirib çıxaracaq və blokların qarşıdurmasına səbəb olacaq.
Azpost.info