“Çin Rusiyanın müasir hərbi silahlarına marağını itirib”- “Financial Times”

Dünyada Rusiya silahlarının ikinci ən böyük alıcısı olan Çin bu ölkənin müasir hərbi silahlarına marağını itirib.

Azpost.info xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə “Financial Times”a bildirib.

Onun sözlərinə görə, Çinin özünün texnoloji nailiyyətləri bu vəziyyətə gətirib çıxarıb. İndi Pekin əsasən son nəsil döyüş təyyarələrində istifadə olunan bəzi rus təyyarə texnologiyaları ilə maraqlanır.

Çin sovet modellərinin mühərriklərini idxal etməyə də davam edir, çünki bu cür avadanlıqların öz istehsalı hələ ehtiyacları ödəyə bilmir. “Ancaq bunlar son müqavilələrdir və bir neçə ildən sonra Çinin marağı burada da azalacaq. Vəziyyət 180 dərəcə dəyişib.İndi rus ordusu daha çox Çinin qabaqcıl silah sistemləri və hərbi texnologiyaları ilə maraqlanır”, – mənbə deyib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2023-cü ildə Rusiyanın silah ixracında Çinin payı 21 faiz təşkil edib. Bu ölkə Hindistandan sonra Rusiya silahlarının ikinci bazarı idi. Eyni zamanda, ixracın 34 faizin təşkil edən Hindistan da Rusiya ilə əməkdaşlığı məhdudlaşdırır və artıq Rusiya hərbi texnikasının yeni tədarükü üçün müqavilələr bağlamaq niyyətində deyil.

Azpost.info

Əvvəlki məqalə

Heydər Əliyev Fondunun əməkdaşları təltif edilib

Sonrakı məqalə

Məhkəmə HDP sədri Səlahəddin Dəmirtaşla bağlı hökm çıxarıb