Çin səfiri İran XİN-ə çağırılıb, etiraz notası verilib

Çinin İrandakı səfiri bu gün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, buna səbəb “Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin birgə iclasının yekun bəyanatının 26-cı bəndində yer alan əsassız iddialara Çin hökumətinin dəstəyi” olub.

Bununla əlaqədar diplomata etiraz notası təqdim edilib.

Görüşdə İran xarici işlər nazirinin köməkçisi Məhəmməd Əli Bək qeyd edib ki, gözlənti Çin hökumətinin Tehran və Pekin arasında strateji əməkdaşlığı nəzərə alaraq bu məsələdə öz mövqelərinə düzəliş edəcəyindən ibarətdir.

Bildirilib ki, İran İslam Respublikası 3 ada (Böyük Tomb, Kiçik Tomb və Əbu Musa) ilə bağlı hər hansı bir tərəfin iddiasını rədd edir və qəbuledilməz hesab edir.

Çin səfiri bildirib ki, İran İslam Respublikası hökumətinin etirazını ən qısa zamanda ölkəsinə çatdıracaq.

Əvvəlki məqalə

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb

Sonrakı məqalə

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub