Çin hökuməti Ukrayna ilə bütün sahələrdə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə hazırdır.
Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Sun Veydun deyib.
Onun sözlərinə görə, Pekin və Kiyev arasında əməkdaşlıq 32 ildir dayanmır.
Veydun qeyd edib ki, Çin iki dövlət başçılarının əldə etdiyi mühüm konsensusu həyata keçirmək və qarşılıqlı hörmət və səmimiyyətin gözəl ənənələrini davam etdirmək üçün Ukrayna ilə işləməyə hazırdır.
“Pekin Kiyevlə dostluq münasibətlərini qorumaq niyyətindədir. Tərəflər Ukrayna münaqişəsi ilə bağlı da fikir mübadiləsi aparıblar”, – XİN rəsmisi bildirib.
Azpost.info