Çin və Braziliya Ukrayna ilə bağlı alternativ sülh konfransı keçirəcək

İsveçrə Ukrayna ilə bağlı iyunda keçiriləcək sülh konfransına hazırlaşarkən Rusiyanın BRİKS-ə üzv olan iki qonşusu alternativ görüşün keçirilməsini təklif edib.

Azpost.info xəbər verir ki, Braziliya və Çin hesab edir ki, sülh yolu ilə nizamlanmanı silahlı münaqişənin hər iki tərəfinin iştirakı ilə müzakirə etmək lazımdır.

Onlar Vladimir Putinin 2022-ci ilin fevralında Ukraynaya müdaxiləsi nəticəsində başlayan münaqişənin həlli ilə bağlı ortaq fikirləri ifadə edən birgə bəyanat yayıblar.

Bəyanat Pekində Çin xarici işlər naziri Van İ və Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın baş müşaviri Celso Amorima arasında keçirilən görüşdən sonra verilib.

“Çin və Braziliya uyğun vaxtda, həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan, bütün tərəflərin bərabər iştirakı ilə beynəlxalq sülh konfransının keçirilməsini və bütün sülh planlarının ədalətli müzakirəsini dəstəkləyir”, – bəyanatda deyilir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.