“Çin və Rusiya çiyin-çiyinə dayanan, bir-birini dəstəkləyən iki böyük gücdür”- Çin XİN rəhbəri

“Çin və Rusiya beynəlxalq münasibətlərdəki dəyişikliklər fonunda qarşılıqlı dəstəyin vacibliyini daha da dərk ediblər”.

Azpost.info xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ deyib.

“Beynəlxalq münasibətlərin dərinləşməsi və təkamülü kontekstində Çin və Rusiya iki ölkə arasında mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın mühüm nailiyyətlərindən daha çox xəbərdar olub. Çin və Rusiya əməkdaşlığın gücləndirilməsinə böyük diqqət yetirən, çiyin-çiyinə dayanan və bir-birini dəstəkləyən iki böyük gücdür”, – XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Çin və Rusiya bloklara qoşulmamaq və üçüncü ölkələrə qarşı hərəkət etməkdən imtina etmək təcrübəsini də daha yaxşı anlamağa başlayıblar.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Görkəmli bəstəkar Emin Sabitoğlunun 85 illiyi qeyd ediləcək