Çin, Yaponiya və Cənubi Koreya son 5 ildə ilk üçtərəfli görüş keçirib.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” yazıb.
“Seulda Koreya prezidenti Yun Sok-yeol, Çin Dövlət Şurasının Baş naziri Li Tsian və Yaponiyanın Baş naziri Fumio Kişida arasında görüş olub. Azad ticarət və təhlükəsizlik sazişi üzrə danışıqların bərpasına yönəlmiş bu görüş ölkələrin 2019-cu ildən bəri ilk üçtərəfli görüşüdür”, -məlumatda deyilir.
Li Tsian danışıqların həm sıfırlama, həm də yeni başlanğıc olduğunu deyib və Şərqi Asiyanın iqtisadi nəhəngləri arasında əməkdaşlığın hərtərəfli bərpasına, siyasəti iqtisadi və ticari məsələlərdən ayırmağa çağırıb.
Daha sonra tərəflər Koreya yarımadasının nüvəsizləşdirilməsini və Şimal-Şərqi Asiyada sabitliyin bərpa olunduğunu elan edən birgə bəyanat yayıblar.
Görüşdə tərəflər həmçinin azad ticarət sazişi üzrə danışıqları sürətləndirmək barədə razılığa gəliblər.
Azpost.info