Çinlilər kütləvi şəkildə Rusiyaya gəlir

Çinli turistlər kütləvi şəkildə Rusiyaya axın edirlər. Çinlilər 2023-cü ildə Rusiyaya səfərlərin sayına görə əcnəbilər arasında birinci olublar.

Bu barədə RBC məlumat yayıb.

FTX sərhəd xidmətinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında ölkəyə gələn turist axını ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb. Belə ki, hesabat dövründə əcnəbilər Rusiyaya təxminən 430 min dəfə səfər edibsə, 2022-ci ildə bu rəqəm cəmi 147,3 min olub.

Turizm məqsədli səfərlərin sayında liderlər Çin sakinləri olub. Doqquz ay ərzində onlar Rusiyaya 105,8 min dəfə gəliblər. İkinci yerdə Almaniya (42 mindən çox ziyarət) qərarlaşıb. Rusiyaya həmçinin Türkiyədən (33,7 min səfər), İrandan (25,6 min) və Türkmənistandan (23,5 min) səyahət edənlər də tez-tez səfər ediblər.

Azpost.info

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

Kimlər lavaş yeyə bilməz? –