“Bilirik, ölkəni qarışdırmaq istəyirsiniz…”– Ankaradan ABŞ səfirinə sərt ultimatum

 “Çirkli əllərinizi Türkiyədən çəkin”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın Ankaradakı səfirinə deyib.

Soylu səfiri ölkəni qarışdırmaqda ittiham edib: “ABŞ səfirinə hansı jurnalistlərə diktə etdirdiklərini bildiyimi dedim. Çox açıq şəkildə deyirəm, çirkli əllərinizi Türkiyədən çəkin! Mən sizin nə etdiyinizi, hansı addımları atdığınızı, Türkiyəni necə qarışdırmaq istədiyinizi bilirəm”.

Nazirin sözlərinə görə, hər bir amerikalı səfirin yalnız “Türkiyəni necə incitmək olar” qayğısı var.

Soylu həmçinin hesab edir ki, ABŞ diplomatları Avropanı idarə edir, lakin Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan onların bu oyununu korlayır.

Qeyd edək ki, Süleyman Soylu dünənki açıqlamasında da ABŞ başda olmaqla Qərb ölkələrini ittiham etmişdi. Onun fikrincə, Qərb ölkələrinin Türkiyədə konsulluqlarının qapadılması ABŞ səfirliyinin ölkədə terror təhlükəsinə dair heç bir sübuta əsaslanmayan bəyanatlarının nəticəsidir. Əslində isə türkiyəli nazir bunun ölkənin turizm sektorunun çökdürülməsinə yönəlmiş addım olduğunu idda edir. Onun sözlərinə görə, Ankara turizmdən 46 milyard dollar gəlir əldə etdiyini açıqladığı gün Türkiyədə terror təhlükəsi ilə bağlı məlum bəyanat səsləndirildi.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.