COP29-da dünyanın daha təmiz gələcəyi ilə bağlı müzakirələr aparılıb

Noyabrın 16-da COP29 çərçivəsində Mühafizəkar İqlim Fondunun təşkilatçılığı ilə “Karbon tutulması: daha təmiz gələcək” mövzusunda müzakirələr keçirilib.

Tədbirdə çıxış edən “ClearPath Vaşinqton”un baş direktoru Ceremi Harrell təmiz enerji və iqlim haqqında danışıb, ABŞ-ın iqlim tədbirlərinin sürətləndirilməsində oynaya biləcəyi rola toxunub.

Digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini verib, eyni zamanda, Azərbaycanın COP-a sədrliyini çox yüksək qiymətləndiriblər.

Tədbirdə, həmçinin enerji mənbələri, nüvə, elektrik avadanlıqlarının getdikcə daha mühüm rol oynayacağı barədə müzakirələr aparılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Əvvəlki məqalə

“Azərbaycan bundan sonra geniş məcralı xarici siyasət həyata keçirəcək” –

Sonrakı məqalə

İşğaldan azad olunmuş ərazilərə yeni avtobus marşrutları müsabiqəyə çıxarılır