Çovdarova qaytarılmış 30 milyonluq əmlakla bağlı qərarın ləğvi gözlənilir

Sabiq MTN generalı Akif Çovdarovun müsadirə olunmuş 30 milyonluq əmlakının geri qaytarılması ilə bağlı məhkəmə qərarı böyük rezonans doğurdu.

Müstəqil hüquqşünaslar və cəmiyyətin fəal kəsimi Bakı Apellasiya Məhkəməsinin çıxardığı bu qərarı ölkənin hüquq sisteminin baltalanması kimi qiymətləndirdilər.

Azpost.info bildirir ki, “Yeni Sabah” bu qərarla bağlı maraqlı məlumat əldə edib. İctimai təpkinin güclü olması, sözügedən qərarın ölkədə məhkəmə sisteminin imicini ciddi şəkildə zədələməsi siyasi hakimiyyəti əməlli-başlı narahat etməyə başlayıb.  Məlumatlı şəxsin sayta bildirdiyinə görə, hakimiyyət ideoloqları məhkəmə sisteminin imicini xilas etmək üçün geriyə addım atmağı təklif ediblər. Aparılan müzakirələr nəticəsində  bu təklifin qəbul edilməsi məqbul sayılıb.

Mənbə sayta açıqlamasında deyib ki, sözügedən qalmaqallı məhkəmə qərarı ilə bağlı yaxın günlərdə apellasiya şikayətinin verilməsi gözlənilir.

Prokurorluq orqanı tərəfindən veriləcək apellasiya şikayətinə Ali Məhkəmədə baxılaraq, hakim Habil Məmmədov tərəfindən çıxarılmış qərarın ləğv ediləcəyi bildirilir.

Əvvəlki məqalə

Pensiyanın minimum məbləği 280 manata qaldırılıdı –

Sonrakı məqalə

Sosial müavinət və təqaüdlərin məbləği artırılacaq