“COVİD-19-u yüngül keçirən xəstələr “Deksametazon”dan istifadə etməməlidir” –

ÜST-dən AÇIQLAMA
28 İyun 2020 - 15:37

Böyük Britaniya Birləşmiş Krallığında aparılan son tədqiqatlar nəticəsində deksametazon preparatının oksigen dəstəyinə ehtiyac duyan COVİD-19-a yoluxan xəstələrdə ölüm riskini azaltdığı məlum olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, deksametazon COVİD-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir.

ÜST-ün Azərbaycan nümayəndəliyi nəzərə çatdırır ki, bu məqsədlə istifadə üçün hər hansı bir dəlil mövcud deyil və düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi əks təsirlər göstərir.