“Çox bəxtəvərsiniz” –Estoniya yığmasının baş məşqçisi

Estoniya millisinin baş məşqçisi Yurgen Henn Millətlər Liqasının 5-ci turunun Azərbaycanla 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.

O, jurnalistlərin suallarını cavablandırıb.

– Keçirilən iki oyun çərçivəsində Estoniya millisi Azərbaycanı nədə üstələdi?

– Hansı bucaqdan baxılmasından asılıdır. Nəticə baxımından bizim xeyrimizə oldu. Epizodları dəyərləndirsək, bərabər oyun getdiyini deyə bilərik. Bu gün ikinci hissə bizim üçün çətin oldu.

– Qarşınıza hansı hədəflər qoyulub?

– Milli komandanın irləliləyişini təmin etmək. Üzərində işləməli olduğumuz çox şey var.

– Bugünkü 1 xalı 3 xala bərabər hesab edirsiniz?

– Turnir cədvəlinə baxsaq, elə demək olar. Futbolda ən önəmli şey nəticədir. Oyundan əvvəl biz daha əlverişli vəziyyətdə idik.

– Qəbələ şəhəri və stadion barədə nə düşünürsünüz?

– Stadionu çox bəyəndim. Çox bəxtəvərsiniz ki, belə stadionunuz var. Estoniyada belə şəraiti olan komandalar azdır. Bizi burada çox yaxşı qarşıladılar. Hər şey üçün təşəkkür edirik.

Əvvəlki məqalə

“ABŞ-ın ayırdığı yardımın yarısını belə almamışıq” –

Sonrakı məqalə

“Əlimizdən gələni etdik…” –