Dəməşqdə öldürülən SEPAH generalı “Hizbullah”çılara təlim keçirmiş

İsrailin Dəməşqdəki İran konsulluğuna endirdiyi zərbə nəticəsində öldürülən general Məhəmməd Hadi Hacı Rəhimi Livanın şiə hərəkatı olan “Hizbullah”ın döyüşçülərinə təlim keçib. Bundan başqa, 2006-cı ilin iyul-avqust aylarında “Hizbullah”la İsrail arasında ikinci Livan müharibəsində iştirak edib.

Azpost.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyinə müsahibəsində SEPAH generalı Əkbər Rəhimi bildirib.

“O, İslami Müqavimət Cəbhəsi və “Hizbullah” qüvvələrinin hazırlanmasında öz rolunu oynayıb və ikinci Livan müharibəsində iştirak edib”, – Əkbər Rəhimi deyib.

O əlavə edib ki, ölən general Suriya və İraqda İŞİD yaraqlılarına qarşı əməliyyatlara rəhbərlik edib, terrorçulara qarşı gecə hücumlarında birbaşa iştirak edib və həmişə hərbi əməliyyatlarda olub.

Hacı Rəhimi Əfqanıstanda İslam müqavimət qüvvələri üçün təlim mərkəzləri də təsis edib.

Azpost.info

Əvvəlki məqalə

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Sonrakı məqalə

Sabah hava necə olacaq?