Şabranda dənizdə boğulan yeniyetmənin meyiti tapılıb.
Dənizdə batan Şabran rayonun Pirəbədil Kənd sakini, 13 yaşlı Dəmirov Elmir Əlizaman oğludur. Yeniyetmə ailəsi ilə birlikdə istirahət zamanı Şabran rayonu, Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə çimərkən boğulub.
Hadisə ilə bağlı məlumat verildikdən sonra axtarışlara Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Elmir Dəmirovun meyiti bu gün səhər saatlarında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.