“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

23 Aprel 2020 - 14:31

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 24-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 09:40-da Fiziki tərbiyə; 09:55-də XI sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, Ədəbiyyat; 10:55-də X sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 11:45-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi, Informatika; 12:25-də III sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi; 12:55-də II sinif – Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 13:20-də I sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi dərsləri olacaq.

Rus bölməsi üçün 13:45-də IV sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi, Informatika; 14:20-də VIII sinif – Kimya, Biologiya, Coğrafiya, İnformatika; 15:00-da IX sinif – Kimya, Riyaziyyat, Coğrafiya; 15:40-da X sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq.