“Dəli Nensinin Tayvanda nə işi var?” - Tramp amerikalı spikeri “topa tutdu”

“Dəli Nensinin Tayvanda nə işi var? O, həmişə problem yaradır. Onun etdiyi heç bir şey yaxşı nəcitələnmir”.

Azpost.info xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donld Tramp özünün “Truth” sosial şəbəkəsində Pelosini Tayvana getdiyinə görə sərt tənqid edib.

“New York Post” yazır ki, bundan əvvəl də Donald Tramp Pelosiyə münasibətdə “dəli Nensi” ifadəsini işlədib: “Eks-prezident ilk dəfə 2019-cu ilin mayında bir konqresmenin dövlət başçısını vəzifədən uzaqlaşdırmaq çağırışlarına cavab olaraq demişdi: “Dəli Nensi… Mən dünən ona baxdım və o, tamamilə dəlidir… Mən son dərəcə sabit bir dahiyəm”.

Azpost.info

Əvvəlki məqalə

Prezident Biləsuvarda yol tikintisinə 5,2 milyon manat ayırdı

Sonrakı məqalə

Prezident və Mehriban Əliyeva ting yetişdirilən müəssisəyə baxıb, badam zavodunun açılışını edib