Dağda itkin düşən iki alimimiz tapılıb

İtkin düşən iki alim tapılıb.

İlkin məlumata əsasən, onlar İsmayıllı istiqamətində tapılıblar. Həmin şəxslərin Quba istiqamətindən dağa qalxdıqları və yolu azdıqları bildirilir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb.

Əvvəlki məqalə

Türkiyədə Zəfər bayramıdır

Sonrakı məqalə

Şagirdlərin düzgün qidalanması üçün nə lazımdır?