“Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana son verilməlidir” –

ƏRDOĞAN
28 Sentyabr 2020 - 15:38

“Regionda Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana son verilməlidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdən dərhal geri çəkilməli, region yenidən sülh və sabitliyə qovuşmalıdır.

“Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək”, – deyə Türkiyə dövlət başçısı qeyd edib.