Daha 21 hərbçimiz şəhid olub –MÜDAFİƏ NAZİRLİYİ AÇIQLADI/SİYAHI

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub.

Bu barədə MN məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Müdafiə Nazirliyinin daha əvvəl açıqladığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Beləliklə, Ermənistanın son təxribatları zamanı şəhid olan hərbçilərimizin sayı 71-ə çatıb.

 

1. leytenant Səmədov Elnur Sədaqət oğlu 11.03.1988
2. əsgər Mahmudzadə Ülvi Məzahir 31.05.1991
3. gizir Muradov Seyfəddin Mahmud 09.09.1993
4. əsgər Məmmədli Namiq Ağəmməd oğlu 02.05.1996
5. əsgər Hüseynov Səddam Rafiq oğlu 01.09.1997
6. əsgər Heydərov Şair Camaloviç 04.09.1998
7. əsgər Zülfüzadə Coşqun Ədail 27.12.1998
8. əsgər Nəbiyev Hüseynalı Hikmət oğlu 17.07.1999
9. əsgər Məhərrəmov Elnur Nərbala oğlu 18.05.2001
10. əsgər Məhərrəmov Turan Tərlan oğlu 27.05.2001
11. əsgər Lətifov Fərid Qiyas oğlu 10.10.2001
12. əsgər Məmmədov Səfiyar Elşən 01.01.2002
13. əsgər Qurbanov Xəqan Daşqın 17.06.2002
14. əsgər Xəlilov Qədim İlqar 20.08.2002
15. əsgər Şirinov Polad Seyran 05.10.2002
16. əsgər Verdiyev Nihad Nicat 19.03.2003
17. əsgər Hüseynov Elmir Abdul 21.07.2003
18. əsgər Kərimov Zöhrab Azad oğlu 14.08.2003
19. əsgər İmamquliyev Ümid Vüqar 28.08.2003
20. əsgər Quliyev Fərid Vahid oğlu 07.11.2003
21. əsgər Qəfərli Amin Rasim oğlu 22.01.2004
Əvvəlki məqalə

“Putin və İlham Əliyev arasında görüş sabah olacaq” –

Sonrakı məqalə

Estoniya Rusiya ilə gömrük əməkdaşlığını dayandırır