Daha iki deputatın namizədliyi qeydə alındı

Milli Məclisin iki deputatının namizədliyi qeydə alınıb.

Azpost.info etikxeber.az-a istinadən bildirir ki, 52 saylı Quba dairəsindən növbəti dəfə seçkilərə qatılan Vahid Əhmədovun namizədliyi DSK  tərəfindən qeydə alınıb. V.Əhmədov artıq 6-cı dəfədir  seçkilərə qatılır.

 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən isə Vəhdət Partiyasının sədri Tahir Kərimlinin namizədliyi rəsmi olaraq qeydə alınıb. Bu barədə Vəhdət Partiyasından bildirilib.

Yeni Azərbaycan Partiyası (YAP) isə həmin dairədən Hüseynov Əli Abbas oğlunun namizədliyini irəli sürüb.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin sabiq sədri imzayığma kampaniyasını başa çatdırıb

Sonrakı məqalə

Türkiyədə işləyən azərbaycanlılar  üçün şok xəbər –