Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
AYNA-dan bildirilib ki, noyabrın 19-dan Qobu qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 567 və Xırdalan şəhərini Görədil qəsəbəsi ilə əlaqələndirən 592 nömrəli müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.