Ukrayna Ozon-un iki böyük anbarına PUA zərbəsi endirdi-Biri bağlandı

Rusiyanın Ozon şirkətinin Orenburq və Ufadakı logistika obyektləri gecə saatlarında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Şirkətin yaydığı məlumata görə, hadisə zamanı bütün əməkdaşlar operativ şəkildə təxliyə edilib. İlkin məlumata əsasən, xəsarət alan olmayıb və obyektlərdə yanğın baş verməyib.

Orenburqdakı logistika obyekti artıq fəaliyyətini bərpa edib. Ufadakı kompleks isə cüzi zədələnib və ərazidə təhlükəsizlik yoxlaması aparılması üçün müvəqqəti olaraq bağlı saxlanılır.

Ozon hazırda Ufadakı obyektdə satıcılardan yeni tədarükləri qəbul etmir. Yolda olan mallar isə digər logistika mərkəzlərinə yönləndirilir.

Şirkət müştərilərin sifarişlərini əvvəlki qaydada rəsmiləşdirə bildiyini açıqlayıb.

Qeyd edək ki, Ozon-un logistika obyektləri son günlər ərzində Rusiyada dron hücumlarının hədəfinə çevrilib. Avqustun əvvəlki günlərində də şirkətin Orenburq və digər regionlardakı obyektləri ilə bağlı oxşar insidentlər qeydə alınıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.