Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Antkorrupsiya Məhkəməsinə aparılıb.
Bu barədə “Armenperss” məlumat yayıb.
Məhkəmədə onun barəsində həbs qərarının verilməsi barədə vəsatətə baxılacaq.
Qeyd edək ki, avqustun 25-də hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Köçəranın və onun oğlu Levon Köçəranın evlərində axtarış aparıblar. R.Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Daha sonra R.Köçəryanın və onun böyük oğlu Sedrak Köçəranın saxlanıldığı açıqlanıb. S.Koçaryan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq çərçivəsində “Orange Fitness” klubunda, “Play City” əyləncə mərkəzində, eləcə də onların direktorlarının mənzillərində istintaq və prosessual hərəkətlər aparılıb. Robert Köçəranın ailəsi bu şirkətlərdə səhmlərə malikdir.
Ermənistan Baş Prokurorluğu yaydığı bəyanatda Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvətxorluq, xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə açıq cinayət təqibinin başlandığı bildirilib. Digər keçmiş prezident Serj Sarkisyan da rüşvətxorluq, çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Onun ölkədən çıxışına qadağa qoyulub.