Danimarka Ukraynanın infrastrukturunun bərpası üçün 22 milyon dollar vəsait ayırıb.
Azpost.info xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyindən bildirilib.
Vəsait ölkənin infrastrukturunun bərpasına, eləcə də istilik və enerji təchizatının təmin edilməsinə yönəldilib.
Bundan başqa, Danimarkadan alınan pul minaların aşkarlanması və zərərsizləşdirilməsinə sərf olunacaq.
Azpost.info